Rusiyada qiymət artımı zəifləyir: illik inflyasiya 8,02%-ə enibbackend

Rusiyada qiymət artımı zəifləyir: illik inflyasiya 8,02%-ə enib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 sentyabr tarixinə olan məlumata görə, Rusiyada illik inflyasiya 8,02% təşkil edib.

Editor.az xəbər verir ki, bu göstərici bir həftə əvvəlki 8,1%-lə müqayisədə bir qədər azdır. Məlumat İqtisadi İnkişaf Nazirliyinin “Cari qiymət vəziyyəti” icmalında yer alıb.

9–15 sentyabr tarixlərində ərzaq məhsullarının qiymətləri ümumilikdə 0,02% ucuzlaşıb. Tərəvəz və meyvələrdə qiymət azalması əvvəlki həftələrlə müqayisədə zəifləyərək 0,6% təşkil edib. Digər ərzaq məhsullarında isə 0,03% artım qeydə alınıb.

//Samir Qurbanov, Editor.az