Rusiyada saxlanılan amerikalı hərbçi ilə bağlı yeni DETALLARbackend

Rusiyada saxlanılan amerikalı hərbçi ilə bağlı yeni DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Vladivostok şəhərində ABŞ hərbçisi saxlanılıb.

Vladivostoka sevgilisinin yanına gələn hərbçi onu qarət edib və döyüb.

KİV-də yayılan məlumatlara görə, 34 yaşlı Qordon Blek ABŞ ordusunda serjant olub. Cənubi Koreyada hərbi bazada xidmət keçən Blek tezliklə xidmətini davam etdirmək üçün Texasa getməli olub.

ABŞ-yə uçmazdan əvvəl Blek təxminən iki il əvvəl Cənubi Koreyada tanış olduğu, Vladivostokdan olan rusiyalı sevgilisinin evinə qonaq gedib. Görüş zamanı onlar mübahisə ediblər və qızın dediyinə görə, hərbçi onu döyüb, həmçinin 200 min rubl (3 min 800 manata yaxın) məbləğində pul və spirtli içki oğurlayıb.

Qordon Blek saxlanılıb və iyulun 2-dək Vladivostokdakı istintaq təcridxanasına yerləşdirilib.

Ağ Ev baş verənlərdən xəbərdardır, ABŞ-nin Moskvadakı səfirliyi konsulluq vasitəsilə əsgərlə əlaqə yaradılmasına çalışır.