Rusiyada saxta içkiyə görə saxlanılan azərbaycanlı – “Özüm içmirəm”backend

Rusiyada saxta içkiyə görə saxlanılan azərbaycanlı – “Özüm içmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Orenburq vilayətində saxta içkidən kütləvi zəhərlənmədən sonra polis reydlər keçirib.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, belə reydlərin birində Sankt-Peterburqda Suzdal prospektində saxta içki hazırlayan qaraj aşkarlanıb.

Qarajda istehsalla məşğul olan şəxs 32 yaşlı azərbaycanlıdır.

O, Rusiyaya 5 il əvvəl gəldiyini və əvvəlcə yükdaşıyan işlədiyini deyib. Azərbaycanlının sözlərinə görə, hazırda o, “araq bağlayır” və hər gün işlədiyi sexdə 10-15 qutu saxta içki hazırlayır.

Polisin “İnsanların bundan zəhərləndiyini bilirsinizmi” sualına saxlanılan şəxs “yox” cavabını verib və özünün içmədiyini əlavə edib.