Rusiyada sənaye binasında güclü yanğın – VİDEObackend

Rusiyada sənaye binasında güclü yanğın – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Udmurtiyanın paytaxtı İjevskdə (Rusiya) sənaye binasında 3,5 min kvadratmetr sahədə yanğın baş verib.

Editor.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, yanğın peşəkar yuyucu və dezinfeksiyaedici vasitələr istehsal edən müəssisədə qeydə alınıb.

Hadisə yerinə 100-dən çox mütəxəssis və 33 texnika cəlb edilib. Hazırda yanğın lokallaşdırılıb. Xəsarət alan yoxdur.

Fövqəladə vəziyyətin səbəbləri və şəraiti müəyyənləşdirilir.