Rusiya aparılan sorğu nəticəsində məlum olub ki, rusiyalıların 84 faizi özünü xoşbəxt hesab edir.
Editor.az xəbər verir ki, Rusiya İctimai Rəy Mərkəzinin (VTSİOM) noyabrın 10-da yaşı 18-dən yuxarı olan 1600 nəfərin iştirakı ilə keçirilən sorğuya əsasən rusiyalıların 84 faizi özünü xoşbəxt, 14 faizi isə xoşbəxt olmadığını düşünür. Vətəndaşların 29%-i sağlam olduqları üçün, həyatı və yaxınları, 27%-i ailəsi, 22%-i uşaqları olduğu üçün xoşbəxt olduğunu bildirib. Ümumiyyətlə, həyatlarından razı olduqları və ya yaxşı bir işi olduğu üçün xoşbəxt olanların nisbəti müvafiq olaraq yüzdə 21 və 20 faizdir.
Ölkənin idarə edilməsindən razı olmadığını bildirənlərin nisbəti 8 faizdir.
Vətəndaşların 7 faizi maddi imkansızlıqdan, 6 faizi qeyri-sabitlikdən, 5 faizi isə ailə problemlərindən narazı olduğunu bildirib. Respondentlərin 50%-i ətrafdakı xoşbəxt və bədbəxt insanların sayının bərabər olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az

