Rusiyada terrorçuları maliyyələşdirən qrup ələ keçirildibackend

Rusiyada terrorçuları maliyyələşdirən qrup ələ keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Novosibirsk və Tomsk vilayətləri üzrə İdarəsinin əməkdaşları Rusiyada qadağan olunmuş “Katiba Tövhid vəl-Cihad” terror təşkilatının maliyyələşdirilməsinə dair cinayət işi çərçivəsində Rusiya vətəndaşı və qonşu ölkələrdən birinin vətəndaşını həbs edib.

“Rusiya FTX-nin Novosibirsk və Tomsk vilayətləri üzrə İdarəsinin Novosibirsk və Tomskda keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Katiba Tövhid vəl-Cihad” beynəlxalq terror təşkilatının regionlararası şəbəkə üzvlərinin terror fəaliyyətlərinin maliyyələşdirilməsinə dair qanunsuz fəaliyyətlərinin qarşısını alıb”, – məlumatda belə deyilir.

//APA