Ukraynada müharibəni davam etdirmək üçün Rusiyada ümumi hərbi səfərbərliyin başlanacağı istisna edilmir.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində Rusiya işğalı ilə bağlı operativ xülasədə məlumat verilib.
“Düşmənin şəxsi heyətində böyük itkilərin olduğunu nəzərə alsaq, Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyinin mövcud qanunvericiliyə dəyişiklik etmək və uzun sürən, yorucu müharibəni davam etdirmək üçün açıq hərbi səfərbərlik elan etməsi ehtimalı var. Bu cür hərəkətlərə haqq qazandırmaq üçün ikinci çeçen kampaniyası dövründə olduğu kimi, Rusiya Federasiyası ərazisində mülki əhalinin ölümü ilə nəticələnən bir sıra təxribatların həyata keçirilməsi istisna edilmir. Həmin təxribatlar da rəhbərliyə ölkədə hərbi vəziyyətin elan edilməsi və vətəndaşların total hərbi səfərbərliyə cəlb edilməsini mümkün edəcək”, – məlumatda deyilir.
Editor.az

