Rusiyada Tu-134 təyyarəsi yanıbbackend

Rusiyada Tu-134 təyyarəsi yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-nə keçən gecə Rusiyada Tu-134 təyyarəsi yanıb. Yanğın Rusiyanın “Orenburq 2” hərbi aerodromunda baş verib.

Editor.az bildirir ki, bu barədə oktyabrın 14-də Ukrayna Müdafiə Nazirliyinin (GUR) Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Təyyarə Rusiya silahlı qüvvələrinin 117-ci hərbi nəqliyyat aviasiya alayına məxsus olub. Baş Kəşfiyyat İdarəsi bildirib ki, Tu-134 xüsusilə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini daşımaq üçün istifadə olunur.

//Samir Qurbanov, Editor.az