Rusiyanın İrkutsk vilayətində uzaqmənzilli bombardmançı Tu-22M təyyarəsi qəzaya uğrayıb. Ekipaj, ilkin məlumata görə, havaya qalxa bilib.
“Baza” nəşri mənbə göstərmədən yazıb ki, dörd ekipaj üzvündən üçünün havaya çıxmağı bacarıb. Bu məlumat təsdiqini tapmayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, təyyarə planlı uçuş həyata keçirirmiş. Qəzanın ilkin səbəbinin texniki nasazlıq olduğu bildirilir. Agentliyin açıqlamasında deyilir ki, təyyarə boş əraziyə düşüb və yerə heç bir ziyan dəyməyib.
Qeyd edək ki, Tu-22M 70-ci illərin əvvəllərindən xidmətdədir. Onun uçuş radiusu 1,5 min kilometrdən çoxdur, qanadlı raketlər və nüvə silahları daşımağa qadirdir. İlin əvvəlinə olan məlumata görə, Rusiyada 60-a yaxın belə təyyarə olub ki, onların da yalnız yarısı uça bilir. Onlar 90-cı illərin əvvəllərindən istehsal edilmir.
//Samir Qurbanov, Editor.az