Rusiyada Ukrayna döyüşündə SON DƏQİQƏ: Kiyevdə küçələr barrikadaya alınıb-FOTOLARbackend

Rusiyada Ukrayna döyüşündə SON DƏQİQƏ: Kiyevdə küçələr barrikadaya alınıb-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna müharibəsi ilə bağlı son dəqiqə xəbərləri gəlməkdə davam edir. Avropanın ən böyük elektrik stansiyası olan Zaporojya Atom Elektrik Stansiyasının Rusiya ordusunun nəzarətində olması ilə bağlı məlumatlar gəldikdə, gözlər NATO-nun qərargahında keçiriləcək sammitə çevrildi.

Editor.az xəbər verir ki, NATO Xarici İşlər Nazirlərinin fövqəladə iclasından əvvəl ABŞ dövlət katibi Antoni Blinken “NATO müdafiə ittifaqıdır. Biz münaqişə istəmirik. Amma qarşıdurma başımıza gəlsə, buna hazırıq” – deyib. Kiyevdə gecə boyu çoxlu partlayış səslərinin eşidildiyi və insanların hücumlara qarşı barrikadalar qurduğu deyilir.

Zaporojya Atom Elektrik Stansiyası Rusiya ordusunun nəzarətinə keçdikdən sonra Ukraynadan gələn açıqlamada Ukraynaya hücum edən Rusiya ordusunun 9166 əsgərinin həlak olduğu, Ukrayna ordusunun Rusiyaya məxsus 33 təyyarə, 37 helikopter, 251 tank, 939 zirehli texnika, 105 artilleriya və 2 yüngül sürətli qayığın məhv edildiyi bildirilib.

Ukraynanın paytaxtı Kiyevdə demək olar ki, hər küçədə barrikadalar qurulub. Zirehli texnikanın keçməsinin qarşısını almaq üçün yollara şlaqbaumlar və minalar düzülüb.

Ukraynanın strateji şəhərlərindən biri olan, 400 min əhalisi olan Mariupol şəhərinin ötən gün Rusiya ordusu tərəfindən mühasirəyə alındığı açıqlanıb. Ukrayna hakimiyyəti bu gün səhər yaydığı bəyanatda şəhərin Ukrayna Milli Qvardiyası tərəfindən müdafiəsinin davam etdiyini açıqlayıb.

Açıqlamada, rus əsgərlərinin şəhərin infrastrukturunu, o cümlədən dəmiryolunu məhv etmək üçün şəhəri davamlı olaraq bombalamağa davam etdiyi, yaşayış məntəqələrinə də ziyan dəydiyi bildirilib. Ukrayna hakimiyyətinin bəyanatında şəhərin müdafiəsinin Ukrayna Milli Qvardiyası tərəfindən həyata keçirildiyi və şəhərin kənarında təxribat qruplarına qarşı müdafiənin də olduğu bildirilib.

//Gülnarə Abasova, Editor.az