Rusiya-Ukrayna müharibəsinin 7-ci günündə qarşıdurmalar davam edir. Sülhün məsələsi hələ gündəmdə olmasa da, Rusiya Ukrayna şəhərlərinə hücumlarını davam etdirir. Dünən gecə paytaxt Kiyevdə televiziya qülləsinin vurulmasından sonra Xarkov şəhərinə edilən bombalı hücumda 7 mülki vətəndaş həyatını itirib. Digər tərəfdən Ukrayna hakimiyyəti Ukrayna prezidenti Vladimir Zelenskini öldürmək üçün təyin olunduğu deyilən çeçen qüvvələrinin məhv edildiyini açıqlayıb. Rusiya-Ukrayna müharibəsində son vəziyyət belədir.
Editor.az “sabah.com tr” yə istinadən xəbər verir ki, gecə saatlarında Ukraynanın bir çox nöqtəsində partlayışların olduğu bildirilir. Ukraynanın paytaxtı Kiyevdə televiziya qülləsinə edilən hücumun əks-sədaları davam edərkən, gecə saatlarında Xarkov şəhərində daha bir hadisə yaşanıb. Xarkov qubernatorluğuna edilən hücumda 7 mülki şəxsin həlak olduğu bildirilib.
Son zamanlar Çeçenistandan Ukraynaya doğru gedən hərbi qüvvələrlə bağlı yeni bir hadisə baş verib.
Çeçenistan prezidenti Ramazan Kadırovun Rusiya ordusunun hərbi əməliyyatına dəstək məqsədilə Ukrayna sərhədinə göndərdiyi V batalyonun məhv edildiyi açıqlanıb.
Mövzu ilə bağlı açıqlama verən Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov “Onların 2 xüsusi qrupu var idi. Bir qrup Qostomeldə idi, digəri isə indicə məhv edildi. Nə prezidentimizi, nə də torpağımızı heç kimə verməyin” -deyə bildirib.
//Gülnarə Abasova, Editor.az

