RUSİYADA UNİVERSİTETƏ SİLAHLI BASQIN – Ölənlərin sayı 8-ə çatıb, 14 nəfər yaralanıb – VİDEO (YENİLƏNİR)backend

RUSİYADA UNİVERSİTETƏ SİLAHLI BASQIN – Ölənlərin sayı 8-ə çatıb, 14 nəfər yaralanıb – VİDEO (YENİLƏNİR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

 

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.

Hücum nəticəsində 14 nəfər yaralanıb.

***

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

“Report” Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

***

Rusiyanın Perm Dövlət Universitetə silahlı basqın olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.