Rusiyada “Vətən xainləri”nin sayı artırbackend

Rusiyada “Vətən xainləri”nin sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “dövlətə xəyanət” maddəsi ilə verilən cəzaların sayı artıb. Böyük Britaniya Müdafiə Nazirliyi bu barədə noyabrın 1-də X sosial şəbəkəsində məlumat verib.

Britaniya kəşfiyyatı müstəqil Rusiya KİV-lərinin məlumatlarına istinadən bildirir ki, Rusiyada dövlətə xəyanətdə ittiham olunan məhkumların sayı son 9 ildə ən yüksək həddə çatıb. Eyni zamanda, Rusiya Ədliyyə Nazirliyinin məlumatlarına görə, 2024-cü ilin ilk altı ayında bütün 2023-cü illə müqayisədə daha çox hökm çıxarılıb.

Eynilə, ekstremizm, terrorizm və “dezinformasiya” ilə bağlı cinayət ittihamları üzrə məhkumluqlarda əhəmiyyətli artım qeydə alınıb. Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya hökuməti rejimə düşmən olan əhali üzərində nəzarəti saxlamaq üçün getdikcə daha çox məcburiyyət və nümayişkaranə şəkildə çəkindirmə üsullarından istifadə edir.

//Samir Qurbanov, Editor.az