Rusiyada vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsi ala biləcəkbackend

Rusiyada vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsi ala biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası ərazisində yaşayan, lakin heç bir ölkədə vətəndaşlığı olmayan şəxslər üçün on il müddətinə müvəqqəti şəxsiyyət vəsiqələrinin verilməsini nəzərdə tutan qanun imzalayıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənəd fevralın 24-də rəsmi hüquqi məlumat portalında dərc olunub.

Yeni dəyişikliklərə görə, sözügedən sənədi almış şəxs hər hansı bir ölkədə vətəndaşlıq və ya yaşamaq icazəsi alarsa, sənəd ləğv ediləcək və 15 gün ərzində Rusiya Federasiyasını tərk etməli olacaq. Həmçinin, müvəqqəti sənəd yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi faktı aşkar edildikdə ləğv ediləcək.

Bundan əlavə, müvəqqəti sənəd ilə vətəndaşlığı olmayan şəxslərin yaşadığı yerdə qeydiyyata alınması bu sənədin verildiyi tarixdən yeddi iş günü keçdikdən sonra həyata keçiriləcək.

Loading...