Rusiyada xadimə qadın bələdiyyə sədri seçildibackend

Rusiyada xadimə qadın bələdiyyə sədri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın təmizlik işçisi Çuxloma bölgəsinin Povaliha kənd qəsəbəsinin rəhbəri seçilib.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Maya Qrişina açıqlama verib.

İnzibati binada xidmətçi işləyən qadın namizədliyini formal olaraq irəli sürdüyünü söyləyib.

MSK katibi Maya Qrişina “RİA Novosti”yə açıqlamasında bildirib ki, seçkilərdə qalib gələn hər bir namizəd mandatı qəbul etməli və ya onu tərk etməlidir: “Namizədin hansı vəzifədə olmasından asılı olmayaraq ümumi qayda budur ki, mandatı qəbul etməlidir, bu vəziyyətdə qalan heç bir şeyin hüquqi dəyəri yoxdur. Əgər o mandatı qəbul etmirsə, bu halda təkrar seçkilər keçirilməlidir”.

Qeyd olunub ki, qalib istefa verə bilər, ancaq həmin şəxs bundan sonra təkrar seçkilərin keçirilməsi üçün xərclərin ödənilməsi kimi sanksiya ilə üzləşə bilər.(qafqazinfo.az)