Rusiyada yaşayan azərbaycanlılar ölkəyə qayıdacaq?- “Başlayacaq təhlükəli hadisələrin ilkin əlamətidir”backend

Rusiyada yaşayan azərbaycanlılar ölkəyə qayıdacaq?- “Bu, başlayacaq təhlükəli hadisələrin ilkin əlamətidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb dövlətlərinin öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırması olduqca ciddi prosesdir. Bu, yaxın vaxtlarda baş verə biləcək təhlükəli hadisələrin ilkin əlamətləri də hesab oluna bilər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.


Onun sözlərinə görə, Rusiyanın ətrafında hansısa dəhşətli hadisələrin baş vermə ehtimalı var:

“Qərb hərbi-siyasi dairələri hazırda Rusiya ordusunun savaş meydanında məğlubiyyəti qətiləşdiyi təqdirdə, Kremlin Ukrayna ərazisinə taktiki nüvə silahı ilə zərbə endirə biləcəyini ehtimal edirlər. Bu halda, NATO-nun da hərbi münaqişəyə müdaxilə edəcəyini bildirilir. İlkin ehtimallara görə, NATO hazırda nüvə zərbəsinə cavab olaraq, Ukrayna ərazisində olan Rusiya ordusunun məhv edilməsi və Rusiyanın Qara dəniz donanmasının batırılması planları üzərində işləyir. Əgər, Kreml daha da irəli gedərək, Avropa məkanına da nüvə zərbəsi endirsə, bu halda, qlobal nüvə savaşı başlaya bilər. Bununla da Rusiyanın qərb bölgələrinə NATO-nun nüvə zərbəsi endirmə ehtimalı qaçılmaz xarakter daşıya bilər. Böyük ehtimalla Qərb ölkələri öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırmaqla, məhz hadisələrin belə qorxunc istiqamətlər almasına elə indidən hazırlaşmağa başlayıblar. Yəni, Kreml bütün bunlardan ciddi nəticələr çıxartmalıdır və həm Rusiyanı, həm də bütün dünyanı nüvə fəlakəti ilə üzləşdirəcək addımlardan birmənalı şəkildə çəkinməlidir. Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmasına gəldikdə isə, rəsmi Bakı beynəlxalq siyasi sistemin tələblərinə qarşı çıxmır. Ancaq Azərbaycanın Avropa Birliyi tərəfindən Rusiyaya qarşı tətbiq olunan bütün sanksiyalara qoşulmaq öhdəliyi də yoxdur. Çünki, Azərbaycan Avropa Birliyinin üzvü deyil, bu qurumun sanksiyaları da rəsmi Bakı üçün məcburi xarakter daşıya bilməz. Rəsmi Bakı hazırda yalnız Rusiyanın Azərbaycan üzərindən beynəlxalq sanksiyalardan yayınmasına imkan yaratmır. Bu baxımdan, Azərbaycanın mövqeyi yalnız beynəlxalq hüquq normaları ilə tənzimlənir”.

//Safura Bənnayeva, Editor.az