Rusiyada yazıçı Prilepinin maşını partladıldıbackend

Rusiyada yazıçı Prilepinin maşını partladıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı yazıçı Zaxar Prilepinin avtomobili partladılıb.

Editor.az TASS-a istinadən xəbər verir ki, hadisə Nijni Novqorod vilayətində baş verib.

İnsident zamanı 47 yaşlı yazıçı yaralanıb.

Bu gün yazıçının olduğu “Audi Q7” markalı avtomobil Nijeqorod vilayətinin Bor şəhərində hərəkətdə olan zaman partladılıb.

Nəticədə Prilepin ağır yaralanıb. Onun sürücüsü və mühafizəçisi Ukrayna vətəndaşı olan Aleksandr ölüb.

Məlum olub ki, Prilepin bu gün Donetskdən gəlirmiş. Avtomobildə onun qızının da olduğu, partlayışdan az əvvəl avtomobildən düşdüyü bildirilib.

Prilepinin vəziyyətinin ağır olduğu, hazırda partlayışın baş verdiyi ərazidə olduğu, həkimlərin onun təxliyəsi üçün helikopter gözlədiyi qeyd olunub.