Rusiyada yeni qanun: Ukraynada ölən əsgərlərlə nikaha girmək mümkün olacaqbackend

Rusiyada yeni qanun: Ukraynada ölən əsgərlərlə nikaha girmək mümkün olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasında müvafiq qanun layihəsi hazırlanıb. Buna əsasən, Ukraynaya qarşı müharibədə həlak olan hərbçilərin qeyri-rəsmi nikahda olduqları xanımlarına ölümündən sonra onlarla evlənməyə icazə veriləcək.

Editor.az “The Moscow Times”ə istinadən bildirir ki, müvafiq qanun layihəsini Dövlət Dumasına deputatlar Pavel Kraşeninnikov, Andrey Turçak və Andrey Klişas təqdim edib. Sənəddə deyilir: “Evlilik münasibətlərində olma faktı o halda məhkəmə tərəfindən müəyyən edilə bilər ki, kişi və qadın ən azı üç il birlikdə yaşayıb və ortaq uşaqlara sahib olublar”, – sənəddə deyilir.

Müəlliflərin fikrincə, məhkəmə “nikah münasibətləri” faktının tanınması barədə qərar qəbul edərkən onun başlanğıc tarixini göstərməli olacaq. Femida tərəfindən belə bir tanınma rəsmi nikahın bağlanmasına bərabər olacaqdır. Sonradan onun haqqında məlumatlar Vətəndaşlıq Vəziyyəti Qeydlərinin Vahid Dövlət Reyestrinə daxil ediləcək.

Beləliklə, Ukraynada müharibənin ölən iştirakçıları ilə qeyri-rəsmi yaşamış qadınlar “ölümündən sonra nikah”la yanaşı, miras hüququ və Kremlin vəd etdiyi bütün müvafiq ödənişləri alacaqlar.

//Samir Qurbanov, Editor.az