Rusiyada yeni “QKÇP” hazırlanır?backend

Rusiyada yeni “QKÇP” hazırlanır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yeni üsyan hazırlanır ki, bu da onun parçalanmasına gətirib çıxaracaq, lakin bu dəfə “Vaqnerçilər” kimi Moskvaya yürüş olmayacaq.

Editor.az bildirir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik Şurasının karibi Danilov telemarafon zamanı qeyd edib. “Düşünürəm ki, bu, artıq kampaniya olmayacaq. 1991-ci ilin avqustunda SSRİ-nin dağılmasının necə baş verdiyini xatırlayaq.

Orada nələr yetişir? “QKÇP qrupu” 1991-ci ildə olduğu kimi, yenidən orada yetişməkdədir və onlar artıq orada qruplaşıblar “, bu hamıya məlum faktdır. Biz buna kimin cavabdeh olduğunu, bunun necə baş verdiyini başa düşürük”, – Danilov bildirib.

Onun proqnozuna görə, hazırda Rusiya Federasiyasında yeni qiyamın baş verməsi qısa müddətin işidir və proseslərə start verilib. “Onlar Avropada dəbdəbəli həyata öyrəşiblər, başqa həyata öyrəşiblər, indi isə dünyanın hər yerində onları it kimi qovurlar. İndi ölkələr Rusiya nömrəli avtomobillərin öz ərazilərinə girişini və bir çox başqa prosesləri qadağan edir.

Üstəlik, ölkəmizi hərbi yolla məğlub edə bilməyəcəklər.Ona görə də Rusiyada üsyanın nə vaxt baş verəcəyi məsələsi qısa zaman kəsiyinin məsələsidir.Görək nə olacaq və nə vaxt olacaq, amma orada proseslər artıq başlayıb”, – Danilov vurğulayıb.

//Samir Qurbanov, Editor.az