Rusiyada yenidən “nüvə müharibəsi”ndən danışmağa başlayıblarbackend

Rusiyada yenidən “nüvə müharibəsi”ndən danışmağa başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qısamüddətli “sükunət”dən sonra Rusiyada yenidən nüvə münaqişədən danışmağa başlayıblar.

Bununla bağlı Editor.az Rusiya mətbuatına istinadən xəbər verir. Xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin guya Rusiya ilə “hərbi qarşıdurma xətti tutduğunu” deyib. Onun sözlərinə görə, “Qərbin Rusiyanı cilovlamaq səyləri kontekstində ABŞ və bütövlükdə NATO-nun bizimlə faktiki hərbi qarşıdurma xətti götürməsi ciddi təhlükə yaradır.

Aydındır ki, bu, fəlakətli nəticələrə səbəb olacaq nüvə güclərinin birbaşa toqquşması deməkdir ”, – Rusiya mətbuatı Lavrovdan sitat gətirir. Lavrov hesab edir ki, Qərb tərəfdaşları Kremldən gələn xəbərdarlıqları “qəsdən təhrif edir” və Rusiyanı təhdid etməkdə günahlandırırlar. Lakin Moskva “nüvə beşliyi”nin sənədlərində əksini tapmış prinsipləri rəhbər tutur.

“Beş qüdrətin nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı bəyanatına uyğun olaraq, nüvə silahına malik olan ölkələr arasında istənilən silahlı münaqişənin qarşısını almaq lazımdır. Rusiya məhz bundan çıxış edir”, – rusiyalı diplomat yekunlaşdırıb.

//Samir Qurbanov,Editor.az