Rusiyada zabitlərdən ibarət hücum batalyonları yaradılırbackend

Rusiyada zabitlərdən ibarət hücum batalyonları yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus general-polkovniki Mixail Teplinski rus zabitlərindən ibarət hücum batalyonları yaratmağı əmr edib.

Editor.az bildirir ki, bunu dekabrın 12-də Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi Andrey Kovalev “Rada” telekanalı tərəfindən yayımlanan milli telemarafonun efirində bildirib.

“Bunlar keçən əsrin 20-ci illərinin “Ağ Qvardiya” bölmələrinin nümunəsi olan şok batalyonlardır. Hücum bölmələrini təşkil edən zabitlər üçün əsas meyarlar tabeliyində olanlara əmr verə bilməmək, şəxsi intizamsızlıq və zəif motivasiyadır”, – Kovalev bildirib.

Baş Qərargahın spikerinin sözlərinə görə, hazırda Rusiya işğalçı qoşunlarının “Dnepr” qrupunun komandanı vəzifəsini tutan general Teplinski Rusiya hərbçiləri arasında nüfuza malik deyil. “Xüsusən də tabeliyində olanlar deyirlər ki, o, şəxsi heyətinin həyatı ilə maraqlanmır. Bu, rus komandirləri üçün kifayət qədər adi və prozaik vəziyyətdir”, – Kovalev bildirib.

//Samir Qurbanov, Editor.az