Rusiyadakı teraktda bu ölkənin əli ola bilər – FTXbackend

Rusiyadakı teraktda bu ölkənin əli ola bilər – FTX

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Krokus”da terror aktını törədənlərin Ukraynada əlaqələri olub.

Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

“Cinayətkarlar Moskva yaxınlığındakı “Krokus Siti Holl”da terror aktı törətdikdən sonra Rusiya Federasiyasının Ukrayna ilə sərhədini keçməyi planlaşdırırdılar, onların Ukrayna tərəfində müvafiq əlaqələri olub”, – məlumatda bildirilib.

Qeyd edək ki, Moskva yaxınlığında baş verən ölümcül hücumu törətməkdə şübhəli bilinən 4 nəfər bu gün səhər saatlarında Rusiyanın Ukrayna ilə sərhədinə doğru hərəkət edərkən yaxalanıb.