Rusiyadan Almaniyaya xəbərdarlıq: “Cavabsız qalmayacaq”backend

Rusiyadan Almaniyaya xəbərdarlıq: “Cavabsız qalmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Almaniyanın 4 Rusiya konsulluğunu bağlamaq qərarı cavabsız qalmayacaq.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə nazirlikdən verilən açıqlamada qeyd edilib.

Bu qərarın “qeyri-dost” addım olduğunu və ikitərəfli münasibətləri pozmaq məqsədi daşıdığını vurğulayan bəyanatda aşağıdakı ifadələrə yer verilib:

“Rusiya tərəfi Berlinin daim təxribat törətdiyi halda günahı öz üzərindən atma cəhdlərini qəti şəkildə rədd edir. Biz Almaniya administrasiyasını bir daha dayanmağa çağırırıq. Aydındır ki, düşmənçilik siyasəti nümayiş etdirən Berlin öz istiqamətini itirib. Almaniya anlamalıdır ki, ikitərəfli münasibətlərin korlanmasına görə məsuliyyət daşıyır. Berlinin təxribatları cəzasız qalmayacaq”.

//Safura Bənnayeva, Editor.az