Rusiyadan Antalyaya turist axını sürətlə azalırbackend

Rusiyadan Antalyaya turist axını sürətlə azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin fevral ayında Antalyada bir il əvvəllə müqayisədə 18,9% az rusiyalı istirahət edib. Rusiyadan gələn turistlər artıq Türkiyə kurortunda əsas turistlər sayılmır.

Editor.az xəbər verir ki, Antalya Vilayəti Mədəniyyət və Turizm İdarəsi fevral ayında xarici turistlərin sayını hesablayıb. Ümumilikdə vilayətdə 270,5 min nəfər istirahət edib, turist axını 17 faizdən çox artmışdır.

Rusiyalı turistlər 19% az, Almaniyadan gələn qonaqlar isə 30,6% çox olub. Alman turistlər Antalyaya turist axınında liderliyi ələ alıblar. Fevral ayında 58 min Almaniya vətəndaşı və 49 min Rusiya vətəndaşı bölgədə istirahət edib. İlk üçlüyə həmçinin Böyük Britaniyadan olan səyahətçilər də daxil olub – 37,5 min (2,7% artım). Lakin ilin əvvəlindən – yanvar və fevral aylarında Antalyaya ən çox turist yenə də Rusiyadan olub – 196 mindən çox, Almaniyadan gələn turist axını isə 97,6 min nəfər olub.

//Samir Qurbanov, Editor.az