Rusiyadan Avropa İttifaqı ölkələrinə mesaj: “Onlara neft satmayacağıq”backend

Rusiyadan Avropa İttifaqı ölkələrinə mesaj: “Onlara neft satmayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Rossiya-24” dövlət kanalına verdiyi açıqlamada Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollarlıq tavan qiymət tətbiq etmək razılaşmasını dəyərləndirib.

Editor.az xəbər verir ki, Novak ölkəsinə tavan qiymətləri tətbiq edən ölkələrə neft və neft məhsulları satmayacaqlarını deyib: “Qiymət tavanı alətlərinin istifadəsini qadağan edəcək mexanizmlər üzərində işləyirik. Neft hasilatımızı azaltmalı olsaq belə, yalnız bazar şəraitində bizimlə işləyən ölkələrə neft və neft məhsulları satacağıq”.

Baş nazirin müavini tavan qiymət tətbiqinin bazar qaydalarını pozduğunu və Rusiya hökumətinin bu qərarı bazara zidd, səmərəsiz və Dünya Ticarət Təşkilatının (ÜTT) bütün qaydalarına əks addım kimi qiymətləndirdiyini deyib: “Tavan qiymət tətbiqinin qeyri-sabitliyə, qıtlığa səbəb ola biləcəyini düşünürük”.

Qeyd edək ki, Aİ ölkələri dekabrın 2-də Rusiyadan dəniz yolu ilə nəql edilən neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.

G7 və Aİ ölkələri də dekabrın 5-dən Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyacaq.

//Samir Qurbanov, Editor.az