Bolqarıstan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin ölkənin hava məkanından istifadəsinə icazə verməyib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Bolqarıstan Lavrovun ATƏT-in Skopye toplantısına getdiyi təyyarəyə keçidinə icazə verməyib.
Bolqarıstan rəsmiləri buna səbəb kimi AB-nin sanksiya siyahısında olan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın da təyyarədə olmasını göstərib.
Bolqarıstanın buna icazə verməməsindən sonra təyyarə Yunanıstan üzərindən Şimali Makedoniyaya çatıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Bolqarıstanın qərarını “axmaqlıq” kimi qiymətləndirib. Mətbuat katibinin sözlərinə görə, tarixdə ilk dəfədir ki, hökumət təyyarə əvəzinə təyyarədəki bir şəxsə qadağa qoyub.
Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Bolqarıstanın hava məkanını sırf Zaxarovanın göyərtəsində olduğu üçün Rusiya təyyarəsi üçün açmaqdan imtina etməsi “absurd” və “axmaqlıqdır”:
“Şübhəsiz ki, Bolqarıstan hakimiyyətinin münasibətini izah etmək mümkün deyil”.
//Səbinə Hüseynli, Editor.az

