Kremlin sözçüsü Dmitriy Peskov, ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezidentliyi dövründə Rusiyaya qarşı bir çox məhdudiyyətlərin tətbiq edildiyini ifadə edərək, “Tramp dövründə Rusiya üçün yaxşı bir şey edilmədi. Amma ən azından dialoq oldu” deyib.
Peskov ABŞ-da qarşıdan gələn prezident seçkilərini və Trampın Rusiya ilə bağlı müxtəlif açıqlamalarını dəyərləndirib.
Xüsusilə son illərdə ABŞ prezident seçkilərində Rusiya və Rusiya prezidenti Vladimir Putinin mühüm element halına gəldiyinə diqqət çəkən Peskov, “Seçki müzakirələrində Putin və Rusiya mövzusu hər zaman gündəmdədir” dedi.
Trampın prezidentliyi dövründə Rusiya ilə yaxşı münasibətlər qurduqlarına dair açıqlamalarına münasibət bildirən Peskov, “Tramp dövründə Rusiya üçün yaxşı bir şey edilmədi. Amma ən azından dialoq oldu. Bu, yəqin ki, müsbət element sayıla bilər” deyib.
//Samir Qurbanov, Editor.az

