Xəbər verdiyimiz kimi, ötən günlərdə Rusiya ona dost olmayan ölkələrin siyahısını açıqladı.
Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu dəfə isə Kremldən daha bir qərar gəlib. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin sanksiya tətbiq etdiyi şəxs və təşkilatlara məhsul və xammalın ixracını qadağan edən fərman imzalayıb. Fərmana əsasən, Rusiya hökuməti 10 gün ərzində sanksiya tətbiq ediləcək şəxslərin və qurumların siyahısını hazırlayacaq.
//Nəzərbəy, Editor.az

