Rusiyadan Ermənistana növbəti xəbərdarlıq: bu işlərin sonu həmişə xaosla bitirbackend

Rusiyadan Ermənistana növbəti xəbərdarlıq: bu işlərin sonu həmişə xaosla bitir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qərbin mümkün müdaxiləsinin nəticələrini növbəti dəfə Ermənistana xatırladıb: sonu həmişə xaosla bitib.

Editor.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində deyib. O, vurğulayıb ki, Cənubi Qafqazın gələcəyi yalnız “ümumi ev” rolunu oynayan, Amerika, Fransa və ya digər Aİ ölkələri daxil olmayan ölkələrin əlindədir. “Müvafiq olaraq, biz regiona qeyri-regional qüvvələrin, “qərblilərin” sürüklənməsini əks səmərə hesab edirik.

Təəssüf ki, son zamanlar rəsmi İrəvanın buna meylli olduğunu görürük. Lakin ABŞ və onun “peykləri, Avropa İttifaqı və NATO hansı dövlətə müdaxilə edirlərsə, orada yalnız dövlətçiliyin məhvi, xaos və sabitliyin pozulması olub”, – diplomat əlavə edib.

Bundan başqa, Qaluzin qeyd edib ki, Qərb Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında normallaşma və davamlı sülhün əldə olunması ilə heç bir əlaqəsi olmayan məqsəd güdür. Onun əsas vəzifəsi Rusiyanı bu proseslərdən uzaqlaşdırmaq və onun sərhədləri yaxınlığında yeni gərginlik mənbəyini alovlandırmaqdır.

//Samir Qurbanov, Editor.az