Rusiyadan əzələ nümayişi: hərbi gəmilərini Kubaya göndərdibackend

Rusiyadan əzələ nümayişi: hərbi gəmilərini Kubaya göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Rusiya Hərbi Dəniz Qüvvələri gəmilərinin Havana limanına səfərini izləyir.

Editor.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib: “Lakin biz bu təlimlərdən milli təhlükəsizliyə ciddi təhlükə gözləmirik”, -deyə Kirbi CNN telekanalının efirində bildirib.

Bir gün əvvəl “Reuters” agentliyi Rusiya silahlı qüvvələrinin Karib hövzəsində təlimlər keçirmək niyyətində olduğunu bildirmişdi. Gəmilərin Kuba və ola bilsin Venesuela limanlarına üz tutacağı gözlənilir. Agentliyin məlumatına görə, Rusiya Federasiyası Birləşmiş Ştatlara “hələ də qlobal gücə qadir olduğunu” nümayiş etdirmək istəyir və təlimlər Ukraynaya dəstəyə cavab xarakteri daşıyır.

//Samir Qurbanov, Editor.az