Rusiyadan “Google”a ağır zərbəbackend

Rusiyadan “Google”a ağır zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Google”un Rusiyadakı törəmə şirkəti maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün müflis elan edib.

Editor.az “sabah” qəzetinə istinadən xəbər verir ki, şirkətin martın 22-nə olan maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi bildirilib. Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyi (Roskomnadzor) “Google” ilə olan məhkəmə prosesindən qalib ayrılıb. Nəticədə “Google” 7,2 milyard rubl cərimə ödəməli olub.

“Google” internet axtarış sisteminin Rusiyadakı yerli törəmə şirkətinin bank hesablarına həbs qoyulub. “Google”ın nümayəndəsi bildirib ki, Rusiyadakı bank hesablarına qoyulan həbslə əlaqədar olaraq Rusiyada fəaliyyət göstərə bilmərik.

//Nəzərbəy, Editor.az