“Rusiya rəsmisinin belə bir fikir səsləndirməsi təəccüblüdür və anlaşılan deyil”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Denis Qonçarın açıqlaması zamanı səsləndirdiyi “Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında tələsməməlidir. Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır”,-fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər iki tərəf ən qısa zamanda sülh sazişi imzalamaq və bölgəyə sabitlik gəlməsi üçün çalışmalıdır:
“Sülh müqaviləsi imzalanmadığı halda bu kimi qarşıdurmaların, konfliktlərin daha çox şahidi olacağıq.Rusiya rəsmiləri açıqlamalarında, bəyanatlarında diqqətli olmalıdırlar. Verilən açıqlamalar münasibətlərin normallaşmasına hesablanmalı, yeni qarşıdurmaların yaranmasına yol verməməlidir. Biz qısa müddətdə bölgədə sülhün əldə olunmasına çalışmalıyıq. Rusiya da bu prosesdə vasitəçi kimi iştirak edir və buna görə yaxşı olardı ki, səsləndirdikləri fikirlər də sülhün əldə olunmasına hesablansın”.
//Safura Bənnayeva, Editor.az