Rusiyadan ilginc yanaşma: Putin sülh təklif edir?-AÇIQLAMAbackend

Rusiyadan ilginc yanaşma: Putin sülh təklif edir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HƏMAS-ın İsrailə hücumu Vladimir Putinin maraqlarına cavab verir”.

Bunu Editor.az-a politoloq Məhəmməd Əsədullazadə Rusiya Prezidenti Vladimir Putinin İsrail Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla telefonla danışığı aparması, liderlərlə danışıq zamanı İsraildəki mövcud vəziyyəti müzakirə etməsi və hazırda Ukraynada müharibə aparan Rusiyanın digər münaqişələrdə “sülhün əldə edilməsi” istiqamətində addımlar atmasının nə qədər səmimi olduğu ilə bağlı suallarımıza cavab verərkən deyib.

Yazarlar Məhəmməd Əsədullazadə

Onun sözlərinə görə, İsrail-HƏMAS toqquşması ilə Ukrayna məsələsi beynəlxalq gündəlikdən müəyyən dərəcədə kənarda qalır:” Bu qarşıdurma daha da qabarıq şəkildə ortaya çıxır. Ümumiyyətlə, Putinin münaqişələrdə vasitəçi qismində danışması absurddur. Çünki Rusiya Ukraynaya qarşı hərbi təcavüz həyata keçirir və bütün sülh imkanlarının üstündən xətt çəkib. Bu halda rəsmi Moskvanın mövcud münaqişə üçün sülhdən danışması gülünc doğurur”.

Politoloqun fikrincə, Vladimir Putinin iki ölkə lideri ilə danışmasından sonra münaqişənin hələ də davam etməsi ABŞ və Avropanın diqqətinin İsrail-HƏMAS qarşıdurmasına yönəlməsinə səbəb olur: “Yaxın Şərqdə deslokasiyanın davam etməsi, müharibənin olması Rusiyanın Suriyada daha çox hərbi birləşmə yerləşdirməsinə gətirib çıxardır. Rəsmi Moskva eyni zamanda, öz geopolitik maraqlarını da təmin etmiş olur”.

//Safura Bənnayeva,Editor.az