Rusiyadan ilk ayrıla biləcək bölgələri müəyyənləşdirdi- Analitikdən maraqlı PROQNOZbackend

Rusiyadan ilk ayrıla biləcək bölgələri müəyyənləşdirdi- Analitikdən maraqlı PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın bəzi bölgələri gələcəkdə Rusiya Federasiyasından ayrıla bilər və daha sonra isə dövlətin özü yox olacaq”.

Editor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu proqnozu beynəlxalq analitik, Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev səsləndirib. Onun fikrincə, Şimali Qafqazın torpaqları birinci çıxa bilər: Çeçenistan və Dağıstan.

“Tatarıstanda ciddi separatçılıq cəhdləri var. Problem ondadır ki, o, Rusiyanın digər hissələri ilə əhatə olunub və onun müstəqilliyi yalnız dövlətin tam dağılması ilə mümkündür”,-deyə o, bildirib.

Analitik Rusiyanın tamamilə dağılacağına inanmır:

“Putinizmin süqutundan sonra Rusiya vahid region olaraq qalacaq. Amma Rusiya bir dövlət olaraq mövcudluğunu dayandıracaq. O, Rusiya respublikası ola bilər, amma bu gün bildiyimiz Rusiya Federasiyası deyil”.

//Gülnarə Abasova, Editor.az