Rusiyadan Laçın şəhəri ilə bağlı ilginc iddia: “Bu, qəbuledilməzdir”-AÇIQLAMAbackend

Rusiyadan Laçın şəhəri ilə bağlı ilginc iddia: “Bu, qəbuledilməzdir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın artıq öz ərazilərinə tamamilə nəzarət etməsi bir reallıqdır. Vaxtilə işğal altında olmuş torpaqlarımızın nəinki hərbi cəhətdən, eyni zamanda hüquqi baxımdan da nəzarətimizdə olması mövqelərimizi gücləndirir. Bundan isə bir necə dövlət xüsusilə də Rusiya, Fransa, İran və digəriləri ciddi şəkildə narahatdır”.

Bu fikirləri Editor.az-a BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisinin bir hissəsində müvəqqəti yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti 2023-cü il mayın 31-də rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonalarına daxil etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Laçın şəhərində də öz hüquqi varlığını təsbit edib:

“Prezident İlham Əliyevin Laçından verdiyi bəyanatlar da təsadüfi deyildi. Rusiya isə rəsmi Bakının mövqeyini gücləndirməsindən, Prezidentimizin qəti şəkildə öz fikirlərini ifadə etməsindən xeyli narahatdır. Bu baxımdan virtual da olsa Laçın şəhəri Rusiya “sülhməramlılarının” nəzarəti altındaymış kimi göstərilməkdə davam edir. Bu isə qəbuledilən deyil “.

Siyasi şərhçi bu günlərdə Kişinyovda baş tutacaq beştərəfli görüşü diqqətə çəkib:

“Buna görə Rusiya öz fikirlərini diqtə etməyə çalışır. Yəni həm Azərbaycan, həm də Ermənistan liderlərinə rəsmi Moskvanın maraqlarından kənar addım atmamaları ilə bağlı mesaj verir. Bu o demək deyil ki, Avropa Şurası, Fransa, Almaniya məsələnin Azərbaycanın xeyrinə həllində maraqlıdırlar. Rusiya beynəlxalq hüquqa zidd addımlar atır. Lakin bunlar heç nəyi dəyişməyəcək. Azərbaycan daima hərb məsələsini ehtiyatda saxlayır. Kişinyov görüşündə də rəsmi Bakı istədiyini əldə edəcək. Beynəlxalq hüquq yenə də Azərbaycanın tərəfindədir. Bunu heç bir dövlətin dəyişmək iqtidarı yoxdur “.

//Safura Bənnayeva, Editor.az