Rusiyadan nüvə münaqişəsi xəbərdarlığıbackend

Rusiyadan nüvə münaqişəsi xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Rusiya arasında gərginlik davam edir. Belə ki, Qara dənizdə vurulan ABŞ-ın MQ-9 PUA-sı bölgədə vəziyyəti bir qədər dəyişib.

Editor.az xarici mediaya istinadən bildirir ki, hadisədə Vaşinqton Rusiyanı günahlandırsa da, Moskva ittihamları rədd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” dövlət kanalında qəzaya uğrayan PUA ilə bağlı açıqlamalar verib. ABŞ-ın Rusiyanın Qara dənizdə “xüsusi hərbi əməliyyat” üçün uçuşu məhdudlaşdırılan zonalar elan etməsinə məhəl qoymadığını ifadə edən Lavrov Amerikanın həmişə münasibətləri pisləşdirmək üçün təxribat axtarışında olduğuna diqqət çəkib.

Lavrov ABŞ tərəfinin strateji sabitlikdə maraqlı olan məsul ölkə olduğunu hər zaman bəyan etdiyini, lakin Amerika rəsmilərinin hərəkətlərinin onların sözləri ilə üst-üstə düşmədiyini bildirib: “Qlobal təhlükəsizlik baxımından dünyanın iki böyük nüvə dövlətinin toqquşmasına səbəb olacaq istənilən hadisə həmişə ciddi risklər yaradır”.

//Safura Bənnayeva, Editor.az