Rusiyadan Portuqaliyaya cavabbackend

Rusiyadan Portuqaliyaya cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hücumlarına görə bir çox qərb ölkələri rus diplomatlarını ölkədən çıxarır. Rusiyanın isə cavab tədbirləri gecikmir.

Editor.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə  Portuqaliyanın Moskvadakı səfiri Madalena Fişerin Xarici İşlər Nazirliyinə çağırılıb.

Açıqlamada bildirilib ki, Portuqaliyada diplomatik missiyanı həyata keçirən 10 rus diplomatının persona non-qrata elan edilməsi təxribatçı qərardır.

“Bu qeyri-dost addımın Rusiya-Portuqaliya münasibətlərinə mənfi təsir edəcək. Rusiya buna cavab olaraq 5 Portuqaliya diplomatını persona non-qrata elan elan edərək ölkədən uzaqlaşdıracaq. Məsələ ilə bağlı notanın təqdim olunduğu gündən diplomatlar deportasiya ediləcək”, -deyə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

//Nəzərbəy, Editor.az