Rusiyadan Qarabağda növbəti anlaşılmaz “görüş” – Fotobackend

Rusiyadan Qarabağda növbəti anlaşılmaz “görüş” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyəti çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində olan Rusiya FHN nümayəndələri Azərbaycanın ərazi bütövlüyü baxımından arzulanmayan daha bir addımla diqqəti çəkib.

Axar.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Qrupları Departamentinin direktoru İqor Kutrovski Qarabağda keçmiş, artıq mövcud olmayan, qondarma və separatçı “dqr”in “fövqəladə hallar üzrə dövlət xidmətinin rəisi” kimi özünü təqdim edən separatçı-terrorçu Karen Sərkisyanla görüşüb.

Sərkisyan “müavinləri ilə birgə” Rusiya FHN qruplarının yerləşdiyi Xocalı icmasını ziyarət edib.

Kutrovski Sərkisyan və onun müavini adına gələn terrorçulara mühəndislik və istehkamçı avadanlıqları ilə təchiz edilmiş ultra-modern rus istehsalı xüsusi avadanlıq hədiyyə edib.

Qeyd edək ki, son günlər Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində səlahiyyət həddini aşması, separatçı-terrorçuları himayə etməsi və missiyasına uyğun olmayan addımlar atması ilə Azərbaycan ictimaiyyəti arasında ciddi narazılığa səbəb olur. Rusiya FHN nümayəndəsinin keçmiş və qondarma “dqr” “rəsmisi” ilə hansı görüşü ola bilər və o, bu qondarma quruma niyə avadanlıq hədiyyə etməlidir?

Bu suallara yəqon ki, Rusiya yaxın zamanlarda cavab verəcək.