Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Serbiyadakı nümayişləri 2014-cü ilin əvvəlində Ukraynada qərbyönlü qüvvələrin hakimiyyətə gətirdiyi Kiyevdəki Maydan etirazları ilə müqayisə edib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Zaxarova Qərbin kollektiv şəkildə ölkədəki sabitliyi pozmağa çalışdığını bildirib.
Serbiyada keçirilən son parlament seçkilərinin nəticələrinə etiraz edən nümayişçilər dünən paytaxtın meriyasına hücum edərək pəncərələri daşlarla sındırıb və polis tərəfindən dəf edilib.
Partiyası dekabrın 17-də keçirilən parlament seçkilərinin qalibi elan edilən Serbiya prezidenti Aleksandar Vuçiç nümayiş zamanı iki polis əməkdaşının ağır yaralandığını və 35-dən çox adamın həbs edildiyini bildirib.
Dekabrın 17-də keçirilən səsvermə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nümayəndələri də daxil olmaqla bir qrup beynəlxalq müşahidəçinin “səslərin satın alınması” kimi bir sıra “qanunsuzluqları” pisləməsindən sonra geniş tənqidlərə səbəb oldu.
Serbiyanın baş naziri Ana Brnabiç Belqrad Şəhər Şurasının binası qarşısında baş verən iğtişaşlardan danışaraq, nümayişlərlə bağlı əvvəlcədən məlumat verdiyinə görə Rusiya xüsusi xidmət orqanlarına təşəkkür edib.
Serbiyanın Pink TV telekanalına danışan Serbiyanın baş naziri, Qərbdə populyar olmasa da, bütün bunlara sahib olan Rusiyanın xüsusi xidmət orqanlarının rəsmilərinə təşəkkür etməyi vacib hesab etdiyini bildib.
Belqradda dekabrın 17-də ölkədə keçirilən ümumi və yerli seçkilərin nəticələrinə etiraz edərək Belqrad Bələdiyyə Şurasının binasına daxil olmağa çalışan qərbyönlü nümayişçilərə polis gözyaşardıcı qazla müdaxilə edib.
Dekabrın 17-də keçirilən seçkilərin nəticələrini qəbul etməyən Qərbin dəstəklədiyi “Serbiya Zorakılığa Qarşı” müxalifət blokunun tərəfdarları Belqrad administrasiyası binasının qarşısındakı pilləkənləri zəbt edərək, ona bitişik küçəni bağlayıblar.
Etirazçılar içəri girməyə çalışarkən polis gözyaşardıcı qazdan istifadə edib, pəncərələri sındırıb və binanın qapı- pəncərələrinə səki daşları atıb.
Prezident Aleksandar Vucic xalqa müraciət edib və hüquq-mühafizə orqanlarının vəziyyəti nəzarətdə saxladığını bildirib.
//Səbinə Hüseynli, Editor.az

