Rusiyadan “qisas” hücumubackend

Rusiyadan “qisas” hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin əvvəlindən hücum mövqeyində olan Rusiya müdafiəyə keçib. Əks-hücum nəticəsində Ukrayna İzyum açarını geri alıb. Rusiya ordusunun İzyum şəhərindən çıxarılması Qərb mətbuatında “Rusiya qüvvələrinin mart ayında paytaxt Kiyevdən çıxarılmasından sonra Rusiyanın ən böyük məğlubiyyəti” kimi şərh edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya “yenidən qruplaşmaq” üçün geri çəkilib və bundan sonra Ukraynanı silkələyən hücuma keçib. Rusiya ölkənin şərqindəki Xarkov, Donetsk, Zaporojya, Dnepropetrovsk və Sumi bölgələrinə raket zərbələri endirib. Hücumlar nəticəsində çox sayda mülki şəxslə yanaşı, bölgədəki demək olar ki, bütün elektrik şəbəkələri və mülki infrastrukturlar da zərər görüb.  Zaporojye, Dnepropetrovsk və Sumidə Rusiya raketlərinin ümumilikdə elektrik xətlərini zədələdiyi, Xarkov və Donetsk bölgələrində isə raket hücumları səbəbindən elektrik enerjisinin tamamilə kəsildiyi açıqlanıb.

Xarkov qubernatoru İhor Terekhov Rusiyanın bu addımını “qisas hücumu” kimi qiymətləndirib və bunun Ukraynanın yerlərdəki uğurlarına cavab olaraq təşkil edildiyini irəli sürüb. Qubernator hücum nəticəsində bölgədə çoxlu sayda insanın işıqsız və susuz qaldığını da vurğulayıb.

//Safura Bənnayeva, Editor.az