Rusiyadan şok iddia – “İki ölkə Ukraynanın bu ərazilərini ələ keçirmək istəyir”backend

Rusiyadan şok iddia – “İki ölkə Ukraynanın bu ərazilərini ələ keçirmək istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna faktiki olaraq bu dövləti yaradan Rusiyaya qarşı açıq-aşkar nankorluğu nəticəsində dağılmağa başlayıb. Ukrayna gözümüzün qarşısında məhv edilir”.

Bunu rusiyalı deputat Sergey Tsekov deyib.

Tsekovun iddiasına görə, Ukraynanı əlverişsiz gələcək gözləyir, nə Krım, nə də Donbas ölkəyə qaytarılacaq.

O, hazırda Rusiya ordusunun işğalında olan digər ərazilərin də geri verilməyəcəyini də iddia edib.

Tsekov digər ölkələrin Ukrayna torpaqlarına iddialı olduğunu bildirib:

“Polşa öz xəritələrində Lvov şəhərini “Polşa” kimi çəkir və Volıniyanı da öz ərazisi sayır. Şübhəsiz ki, fürsət yaranarsa, Polşa ilkin olaraq özünə məxsus hesab etdiyi torpaqları geri almağa çalışacaq. Zakarpatiya da Bukovinanın Rumıniyaya birləşməsi kimi, Macarıstanla yenidən birləşmək istəyəcək”.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Macarıstan Rusiya işğalçı müharibəyə başladıqdan sonra ölkə ərazisinin bir hissəsini ələ keçirməyi planlaşdırır.

Teleqraf.com