Rusiyadan SON DƏQİQƏ S-300 açıqlamasıbackend

Rusiyadan SON DƏQİQƏ S-300 açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynanın Dnepr bölgəsində xarici muzdlu döyüşçülərin toplandığı qərargahı və bəzi yerlərdə S-300 hava hücumundan müdafiə raket sistemlərini vurduqlarını açıqlayıb.

Rusiya ordusunun gecə boyu Ukraynadakı hədəfləri yüksək dəqiqlikli raketlərlə vurduğunu bildirən Konaşenkov S-300-lərin Nikolaev vilayətinin Staroboqdanovka qəsəbəsi yaxınlığında və Çuquyev hərbi aviabazasında aşkarlanaraq zərərsizləşdirildiyini qeyd edib.

Rusiya hava qüvvələrinin Ukraynada 86 hərbi obyekti vurduğunu deyən Konaşenkov “İndiyə qədər 127 təyyarə, 98 helikopter, 234 S-300, Buk-M1 və Osa AKM hava hücumundan müdafiə raket sistemi, 436 pilotsuz uçuş aparatı, Ukrayna ordusunun 2052 tank və zirehli texnikası, 232 çoxbarrelli reaktiv yaylım atəşi sistemi, 894 haubitsa və minaatan, 1975 xüsusi təyinatlı hərbi texnika məhv edilib” – deyə əlavə edib.

Publika.az