Rusiyadan sonra növbə Çində – Dünyanın BÖLÜNMƏSİ BAŞLADIbackend

Rusiyadan sonra növbə Çində – Dünyanın BÖLÜNMƏSİ BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç kimin ağlına belə gəlməzdi ki, Rusiya ilə Ukrayna arasında ən qanlı döyüşlər Baxmut uğrunda baş verəcək. Ötən ilin avqustundan Baxmut və onun ətrafında davam edən döyüşlərdə artıq on minlərlə əsgər həlak olub”.

Bunu  açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, Çin də Rusiyanın aqibətini yaşayacaq:

“Şəhərin müəyyən strateji əhəmiyyəti var, lakin biz bilirik ki, Baxmut uğrunda savaşın Rusiya və Ukrayna üçün strateji əhəmiyyəti ilə yanaşı, ərazinin psixoloji və simvolik əhəmiyyətinin də böyük rolu var.

Qələbə böyük motivasiya olacaq. Çünki Baxmutda kimin qalib gələcəyi müharibənin bundan sonrakı gedişatını müəyyən edə bilər.

Bu gün Baxmut uğrunda gedən döyüşlər isə əslinə qalsa günlərlə gözlənilən əks-hücum üçün isinmə prosesi, məşq meydançasıdır.

Ukrayna üçün Çin prezidenti Si Cinpinin qlobal siyasətin qütblüyünü müəyyən edəcək Rusiya səfəri arzulanan deyildi. Amma yaxşı bilirik ki, Cinpin də Putin kimi küncə sıxışdırılıb.

İqtisadi və siyasi böhran Çinə yaxınlaşır və bunun qarşısını almaq artıq mümkün deyil, çünki Çində əks qüvvələr, müxalif dairələr də son dərəcə güclüdür. Buna görə də ABŞ-ın rəqibi olan belə bir dövlətə dünyanın yenidən bölüşdürülməsi haqqında ən azından indiki situasiyada danışmağı məsləhət görmürəm.

Bu gün dünyanın düzənini Amerika müəyyən edir. Qalan hər şey gözü kor edən, qarşını görməyi əngəlləyən tüstü kimidir, yüz minlərlə günahsız insanın həlak olduğu Ukrayna ərazisindəki müharibə kimi”.

Milli.az