Rusiyadan Tacikistan və Qırğızıstana çağırışbackend

Rusiyadan Tacikistan və Qırğızıstana çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Tacikistan və Qırğızıstan hakimiyyətini sərhəd məsələsinin həllinə mənfi təsir göstərəcək tələsik addımlar atmamağa çağırır. Editor.az xəbər verur ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Rusiya XİN vurğulayıb ki, Moskva vəziyyətin inkişafını diqqətlə izləyir. Xarici İşlər Nazirliyi hər iki ölkədən “Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə danışıqlarda son vaxtlar əldə edilmiş müsbət nəticələrə” xələl gətirə biləcək sərt bəyanatlardan və addımlardan çəkinməyi xahiş edib.

Nazirlik postsovet məkanında silahlı münaqişələrə kollektiv Qərbin marağını da qeyd edib: “Qərb Mərkəzi Asiya ölkələrinin əsl maraqları ilə heç bir əlaqəsi olmayan şəxsi eqoist məqsədlərini güdür”.

Xatırladaq ki, iyulun sonunda Qırğızıstan və Tacikistan sərhədində sərhədyanı rayonların sakinləri arasında yeni münaqişə baş verib. Tacikistandan Qırğızıstan ərazisindən keçən Vorux anklavına gedən yolda sürücülərin iştirakı ilə dava düşüb. Qırğızıstan sərhəd xidmətinin məlumatına görə, münaqişə Tacikistan vətəndaşlarının təqsiri üzündən baş verib.

//Samir Qurbanov, Editor.az