Müharibənin doqquzuncu ayında Rusiya “U” dönüşü etdi.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında Rusiyanın “xüsusi hərbi əməliyyatı” Ukraynada hökuməti dəyişmək məqsədi daşımadığını qeyd edib. Müharibə meydanında Rusiyanın çox saylı itki verməsinin ardından Kremlin belə bir bəyanatı mediada maraq doğurub.
Ukrayna ordusunun Xersonu geri alınması işğal olunmuş digər şəhərlərə də ümid verdi. Şəhərin alınmasının Zelenskinin göstərdiyi Krım yolunun açılmasına imkan verdiyi də bildirilir. Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi qələmə verilir.
//Safura Bənnayeva, Editor.az

