Rusiya ordusu Ukrayna ərazisinə növbəti kütləvi birləşmiş zərbələr endirib.
Gecədən bəri ukraynalıları dəhşətə gətirən onlarla kamikadze pilotsuz uçan aparatın ardınca işğalçılar səhər tezdən raketlər buraxaraq, hava hücumu xəbərdarlığına səbəb olublar. İndiyədək məlum olub ki, raket qrupları cənubdan və şimal-şərqdən Ukraynaya doğru uçub.
Onlar əsasən qərb rayonları istiqamətində buraxılıb. Belə ki, Xmelnitski bölgəsindən partlayışlar barədə məlumatlar var. Krivoy Roqun ballistik raket hücumlarına məruz qalması, qərb bölgələrinin isə üç hipersəsli “Kinjal” raketlə vurulması da məlumdur. Bəzi ərazilərdə həyəcan təbili siqnalı davam edir: kamikadzelər hələ də orada dövrə vururlar. Hərbi Hava Qüvvələri pilotsuz təyyarələrin Xerson, Kirovoqrad, Sumı, Poltava, Çerniqov və Jitomir vilayətləri üzərində uçduğunu bildirib.
//Samir Qurbanov, Editor.az

