Rusiyadan Ukraynanın təklifinə reaksiya: “Absurddur”backend

Rusiyadan Ukraynanın təklifinə reaksiya: “Absurddur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın “sülh sammiti” keçirmək ideyasına münasibət bildirib.

Editor.az xəbər verir ki, Rusiya XİN rəsmisi bu ideyanın ABŞ-ın ictimaiyyətlə əlaqələr kampaniyası olduğunu deyib. “Bu absurrdur. Vaşinqton son vaxtlar Kiyev administrasiyasını sülhməramlı qüvvə kimi göstərməyə çalışır”-deyə, Zaxarova qeyd edib.

Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın “Rusiyanın cəbhədəki hərəkətləri sülh çağırışlarına ziddir” bəyanatı ilə bağlı sualı cavablandıran Zaxarova xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfi ilə danışıqları qadağan edən fərman imzalayıb:

“Burada müzakirə olunacaq bir şey yoxdur. Müzakirə etməyi özlərinə qadağan ediblərsə, müzakirələrin hansı səviyyədə olmasının nə fərqi var? Nazir Kuleba Zelenskinin bu sənədləri hansı vəziyyətdə imzaladığını və bunu ona kimin tövsiyyə etdiyini desə daha yaxşı olar. Bizim yerimizə düşünmələrinə və danışmalarına ehtiyac yoxdur, biz özümüz bunu bacarırıq.”

//Samir Qurbanov, Editor.az