Rusiyadan Ukraynaya növbəti raket hücumu: 4 nəfər ölübbackend

Rusiyadan Ukraynaya növbəti raket hücumu: 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 5-də Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə atdığı 70 raketin əksəriyyətinin Ukrayna qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, gecə saatlarında Telegram hesabında paylaşdığı videomüraciətdə xalqa müraciət edən Zelenski Rusiya qüvvələrinin yenidən ölkəsinə qarşı raket hücumları həyata keçirdiyini bildirib.

Prezident AB və ABŞ-dan göndərilən hava hücumundan müdafiə sistemlərinin işlədiyini, lakin kifayət etmədiyini vurğulayıb.

Rusiyanın hücumları nəticəsində 4 nəfərin həyatını itirdiyini bildirən Zelenski, “təəssüf ki, hələlik hava məkanımızda tam təhlükəsizliyi təmin edə bilmirik” deyib.

Rusiyanın hücumlarına görə Ukraynada elektrik enerjisi təchizatında problemlərin davam etdiyini deyən Zelenski, Kiyev də daxil olmaqla bir çox bölgədə fövqəladə vəziyyət həddində elektrik probleminin olduğunu qeyd edib.

//Samir Qurbanov, Editor.az