Rusiyadan yeni START etirafıbackend

Rusiyadan yeni START etirafı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə Rusiya ilə ABŞ arasında yeni START müqaviləsi ilə bağlı açıqlamalar verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ ilə müxtəlif məsələləri müzakirə etməyə hazır olduqlarını ifadə edən Ryabkov İsveçrənin Cenevrə şəhərində keçiriləcək konfrans çərçivəsində ABŞ nümayəndələri ilə görüşmək imkanının olduğunu vurğulayıb.

“Etiraf edə bilərəm ki, biz son günlər bağlı kanallar üzərindən yeni START Müqaviləsini müzakirə edirik. Bu, danılmaz faktdır. Bu, danışıqların davamı ola bilər”, -deyə o, bildirib.

Digər tərəfdən, Rusiyanın ABŞ-la Yeni START Müqaviləsində iştirakını dayandırdığını xatırladan Ryabkov bu qərarı nəzərdən keçirməyin mümkün olmadığını vurğulayıb:

“Biz deyəcəyimizi dedik. Rusiya prezidenti Vladimir Putin Federal Məclisdəki çıxışında bu məsələyə toxundu. Rusiya Xarici İşlər Nazirliyi də fevralın 21-də verdiyi açıqlamada razılaşmanın əvvəlki gündən fərqli olduğunu bildirdi”.

Onu da qeyd edək ki, Vladimir Putin fevralın 21-də Federal Məclisdəki çıxışında Rusiyanın ABŞ-la Yeni START Müqaviləsində iştirakını dayandırdıqlarını açıqlayıb və dünən bu razılaşmanı dayandıran qanunu imzalayıb.
Müqavilə uzaqmənzilli nüvə başlıqlarına və raketlərə məhdudiyyətlər qoyur. 2011-ci il fevralın 5-də qüvvəyə minən 10 illik müqavilənin müddəti 2021-ci il fevralın 5-də başa çatıb. Rusiya prezidenti Putin 2021-ci il yanvarın 29-da müqavilənin 5 il müddətinə uzadılması barədə qərar imzalayıb. ABŞ administrasiyası da 2021-ci il fevralın 5-də müqavilənin müddətini uzatmaq qərarını açıqlayıb.

//Safura Bənnayeva, Editor.az