Rusiyalı basketbolçunu döyməkdə şübhəli bilinən azərbaycanlı qardaşlar həbs olundularbackend

Rusiyalı basketbolçunu döyməkdə şübhəli bilinən azərbaycanlı qardaşlar həbs olundular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 5-də Moskva məhkəməsi rusiyalı basketbolçu Aleksey Şvedi döyməkdə şübhəli bilinən üç nəfəri həbs edib. 20 yaşlı Knyaz Əmirslanov, onun 17 yaşlı qardaşı Ramzin Əmirslanov və 19 yaşlı Qleb Pisarev iyulun 2-dək istintaq təcridxanasına göndəriliblər. Təqsirləndirilən şəxslərə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zor tətbiq etməklə xuliqanlıq”) ilə ittiham irəli sürülüb.

Editor.az musavat.com-a istinadən bildirir ki,Moskva İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən verilən məlumata görə, artıq iş üzrə şübhəli bilinən dördüncü şəxs də saxlanılıb. Bu, Ramzin Əmirslanovun sürücüsü Yusifdir.

Qeyd edək ki, mayın 2-də MOİK basketbol klubunun müdafiəçisi Aleksey Şved restoranda səs-küy salan bir qrup şəxsə irad bildirib. Bunun ardından başlanan dava nəticəsində o xəsarət alıb